13 : 21 18 oktyabr
   
Foto Silsilə

Boş qalan yerlərə ixtisas seçimi başlayır - ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

2017-08-14 12:50 Baxılıb:   268

Avqustun 15-dən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

 

Milletinsesi.az-ın məlumatına görə, ixtisas seçimi prosesi avqustun 19-a kimi davam edəcək.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin)  ixtisaslarının da kodlarını göstərə bilərlər.

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 22-31 avquist tarixlərində həyata keçiriləcək

Qeyd edək ki, boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar isə  “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

 

Bənzər xəbərlər