17 : 54 12 dekabr
   
Ölkə içi

Bakıda ilk dəfə maneəli ekstremal yarış keçirilir

2017-09-18 10:32 Baxılıb:   48

23 sentyabrda FHN Təlim-Tədris mərkəzində “Gilan Holding”in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək.

APA-nın məlumatına görə, maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

Çətin marşrutu seçənlər çempionat iştirakçısı olmaqla 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.

Hər iki format üçün parking, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.

İdman formasından asılı olmayaraq yarışmada istəyən hər kəs iştirak edə bilər –sadəcə mubarizler.az saytında qeydiyyatdan keçmək kifayətdir.

Hal-hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilərək, bu yarışmalar artıq klassik idman növlərini geridə qoyur.

Dünyanın ən məhşur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etməyi sizə təklif edirik.

Bənzər xəbərlər