07 : 26 19 oktyabr
   
Köşə yazarları

26-lar Hacıbalaya hücüm etdilər, 20-si yoxa çıxdı- Milli məsələ, yoxsa "para"?

komisar
2017-09-18 10:57 Baxılıb:   348

Günün əsas mövzusuna çevrillən Sahil bağındakı   26 kafesi  hələlik bağlanıb. İlk əvvələr mətbuatda  gedən məlumata əsasən bildirildi ki,  həmin kafenin sahibinin ermənilərlə və ya onların havadarları ilə ilaqəsi var imiş..

Buna ilk reaksiya BŞİH-nin başçısı Hacıbala Abutalıbovdan gəldi. Mer öz dəstəsi ilə həmin ünvana gəlib  kafenin adını sökdürərək , əyləncə mərkəzini bağladı.

Mövzuya çox həssaslıqla yanaşan yazarlardan-  Cingiz Abdullayev  birinci olaraq, kafenin sahibinin müdafiyəsinə qalxdı. Bildirdi ki, o şəxs 26 rəqəməni çox sevir;  onun maşının da  nömrəsinin sonu 26-dır, ad günü də 26-sındadır, obyektinində adı 26- lar-dır. Yəni  bu 26, 0 26 deyil.

Çingiz Abdullayevdən sitat: “Deyirlər, bu oğlanı tutacaqlar. Maraqlıdır, hansı maddə ilə? Məhkəmənin qərarı olmadan fərdi sahibkarın mebelini necə qırmaq və müsadirə etmək olar? Onu necə saxlamaq olar? Artıq indi İsrail, Amerika, Rusiyadakı insanlar bizə gülürlər”.

Sonra Yazıçılar Birliyi bununla bağlı bəyanat verdi.

Əsaslandırırlar ki, mer düz etməyib, gərək məhkəmə olaydı, ondan sonra 26 Bakı komissarlarının  adını əbədiləşdirən kafenin adı söküləydi.

Hüquqi dövlətdə əlbəttə ki, belə olmaldı.. Bunu ölkənin ən baxımlı kanalında Turan da  deyir..  

Hörmətli Turan! İcra başçılarının qocularının hər gün kasıb ailələrin evlərini başlarına uçuranda niyə onları müdafiə etmirsiz? Niyə ehtiyac içində boğulan insanların hər gün tapdalanmasına görə müdafiyəyə qalxmırsınız? Niyə monopolistlərin olkəni qida blokadasında saxlamsını demirsiz? Niyə sahibkarların hər gün əzilmısindən danışmırsınız? Çünki sifariş yoxdur. İlk dəfə Hacıbala müəllim xeyirli bir iş görüb, siz onu topa tutmusuz.

Hacıbala Abutalıbovdan sitat: Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir. Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”.

  Milli məsələdə məhkəmə lazım deyil..Əgər biri  bizim bayrağımızı səhv asıbsa, ona məhkəmə qurulmalıdır? Biri bizim anamızı söyürsə, onu məhkəməyə verməliyik?  Bizdə məhkəmələr çoxmərtəbəlidir. Bütün mərtəbələri çıxana kimi sizcə nə olar?

 Bizim qürurverici keçmişimiz və adət ənənələrimiz var. Namusumuza dil uzadanın dili, torpağımıza əl uzadanın əli kəsilib, mədəniyyətimizə xor baxanın gözü kor edilib.

  Niyə 26 Bakı komissarları etdiyi əməllərə görə ədalət məhkəməsində cavab verməyiblər..? Niyə 26 –sı fevral 1992-ci ildə Xocalıda xalqımıza qarşı törədilən vəhşiliklərə  görə heç kim cavab verməyib? Niyə 26-ların  xalqımıza qarşı törətdikləri  cavabsız qalıb? Niyə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin və mənəviyyatının beşiyi sayılan Yazıçılar Birliyinin birinci mərtəbəsini  əyləncə mərkəzinə çevirənlər və ona şərait yaradanlar  xalq məhkəməsi  qarşısına çıxmırlar? Mənəviyatımızın beşiyii sayılan elm və mədəniyyət ocağının birinci mərtəbəsinə qızlarımızı  qəlyan çəkməyə  təmənnasız dəvət edənlərə kim bu haqqı verir? Niyə orda pulsuz  kitab paylanması əvəzinə əxlaqsızlığı pulsuz  yayırlar?

Çünki niyələrin cavabı çox yekələrin üstündən kecdiyindən həmişə cavabsız qalıb. Çox təəssüf edirəm ki,  bu insanların millətimizə vurduğu zərbə ilə  Qızıl orununun milli kimliyimizə vurduğu zərbə arasında heç bir fərq yoxdur.

Hər  şey “paramı”?

Ağsaqqalımız Anar müəllim  yazıçıların vəziyyətinin çox ağır olduğunu və ordan, yəni, əyləncədən  alınan pulun qəpiyinə qədər  yazıçılara ödəndiyini  bildirir. Bəs dövlət büdcəsindən  birliyə ödənilən milyonlar kimə ödənilir?

Bəli hər şey pul, hər şey maraqlar üçündür bu məmləkətdə.. Sən pulun gücünə bax ..  Bu gün, səhər bir tarixçi  qadın  ATV-də daha uzağa gedərək  “əslində 26 bakı komissarı deyilən şeyin tarixdə olmadığını” bildirdi. Onun dediyinə görə, Sahil bağında 26 məzar yox, 23 məzar olub. Tarixdə isə 26 komissar deyil, 6 komisar olub.. 8000 min manata görə komissarın 20-si yoxa çıxdı. Günahı isə Amerikada görülddü. Yaxşı ki, icarə haqqı 10 min manat olmayıb.

8000 min manata görə dəyərmi?

Biz yalnız  şəxsi maraqlarımz ucabatından 80 faiz itirməmişikmi? Demək, belə gedir Azərbaycan tarixində 26 Bakı komisarı deyilən cəlladlar silinəcək, əvəzində isə Yazıçılar Birliyinin birinci mərtəbəsində onların adını daşıyan əylncə mərkəzi fəaliyyət  göstərəcək.

Hələ ki, nüfuz davası gedir..İş yenə qaldı ölkə prezidentinə..

Talıb Əhədov

Bənzər xəbərlər