13 : 15 18 oktyabr
   
Ekskluziv

İdmançımız dünya çempionu oldu

2017-09-21 13:52 Baxılıb:   14

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start götürüb.

Milletinsesi.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Yığmamızın üzvləri yarış gününü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub. 

Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq) qazandırıb. Sərbəst güləşçimiz finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb. 

Ağahüseyn Mustafayev (65 kq) həlledici görüşdə iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Coşqun Əzimov (70 kq) da bürünc medal qazanıb. Həlledici görüşdə o, polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edib. 

Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) isə gümüş medalla kifayətlənib.

Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. 

Bənzər xəbərlər