07 : 21 19 oktyabr
   
Flaş

Qadınlar niyə boşanmağa can atırlar?

2017-10-02 19:13 Baxılıb:   321

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin ilk kvartalında ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 6,6% (938 nigah) azalıb, boşanmaların sayı isə əksinə 13,6% (433 boşanma) artıb. Regionlara nisbətən Bakıda boşanmalar daha çox qeydə alınmışdır, yəni Bakıda 2957 nigah, 1134 boşanma faktı qeydə alınıb. Bu isə o deməkdir ki,  boşananların sayı nigaha girənlərin 38,3%-i səviyyəsində olub. Ölkə ərazisində isə ən böyük göstərici Xankəndi şəhərində qeydə alınmışdır belə ki, boşananların sayı nigaha girənlərin 75% -i səviyyəsində olmuşdur.

   Dövlət Statistika Komitəsinin məlumatına əsasən boşanmaların  sayı dinamik şəkildə artmaqdadır və son on ilin göstəriciləri ailə institutunun məhv olma istiqamətində olduğunu göstərir. Belə ki, 2007-ci il – 81758 nikah, 8340 boşanma, 2008-ci il – 79964 nikah, 7933 boşanma, 2009-cu il – 78072 nikah, 7784 boşanma, 2010-cu il – 79172 nikah, 9061 boşanma, 2011-ci il  – 88145 nikah, 10747 boşanma, 2012-ci il – 79065 nikah, 11087 boşanma faktı qeydə alınmışdır. Göründüyü kimi boşanmaların sayında dinamik artım qeydə alınmaqdadır. Yeri gəlmişkən qeyd edim ki, sosioloji mənbələrə görə   boşananlar içərisində valideyn razılığı olmadan, özbaşına ailə quranlar çoxluq təşkil edir. 

  Bəs hansı səbəblərdən boşanma hadisələri artmaqdadır? Bunun həm obyektiv həmdə subyektiv səbəbləri vardır. Maddi və sosial problemlər əsas səbəblərdən olmaqla yanaşı müxtəlif səbəblərdə mövcuddur. Əvvəla qeyd etmək vacibdir ki, praktik olaraq boşanmaya meylli qadınlardır belə ki, məhkəmə praktikası göstərir ki, məhkəmələrə boşanmaq üçün müraciət edənlərin hər beş nəfərdən dördü məhz qadınlardır. Haqlı olaraq belə bir sual ortaya çıxır.

  Bəs qadınlar niyə boşanmağa can atırlar?

Əlbət ki, bu işin psixoloji tərəfidir. Bu istəyin yaranma səbəbləri müxtəlif olsa da qeyd etmək lazımdır ki, cəmiyyətimizdə qadınlara və uşaqlara xüsusi yanaşma, dövlətin əhalinin bu kateqoriyasına diqqətin və qayğısının fonunda baş verməsi ailədə xüsusən də qadınlarda müəyyən fikrin və həyata baxışın formalaşmasından irəli gəlməsidir.

Mülki qanunvericiliyin o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarının adət ənənələrimizə və mentalitetimizə uyğun  tətbiq edilməsi qadınlarda özlərinə inam yaratmaqla ailə, məişət qayğılarından  uşaqlaşmağa və fərdi azadlıqlara meyliliyə səbəb olmuşdur. Məhkəmələrdə boşanmalar zamanı birgə nigah dövründə doğulmuş uşaqların analarla qalmasına, mənzil təminatına, uşaqların saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulması de-fakto qadınlara boşanmadan əvvəl məlum “qələbə”dir. Bu səbəbdən də qadınlar ailədə adi və mənasız səbəblərdən güzəştə getməyərək həvəslə hakimiyyətini göstərməyə çalışaraq və qarşı tərəfi cəzalandırmaq istəyindən və boşanma zamanı məlum “qələbə”nin məhz onlara məxsus olduğundan həvəslə məhkəmələrə müraciət edirlər.

 Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edildiyi halda “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun1-ci maddəsinə əsasən 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136 manat 60 qəpik müəyyən edilməsi və  ölkəmizdə aliment fondunun yaradılması ümumilikdə müsbət hadisə kimi qiymətləndirilsə də bu problemin psixoloji və mənəvi tərəfinə deyil məhz maddi tərəfinin həllinə effektlidir.

 

  Sual olunur ki, bəs necə boşanmaların sayının azalmasına və ailə institutunun bərpasına nail olmaq mümkündür. Hesab edirəm ki, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nigah bağlanarkən paralel olaraq “nikah müqavilələri bağlanmalıdır.

 

 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 

On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafedən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunduğu halda  14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılması məhkəmə təcrübəsinə çevrilmişdir. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Azərbaycan Respublikası sözü gedən Konvensiyaya qoşularaq  hələ 1992 ildən ratifikasiya etmişdir.

Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı Azərbaycan Respublikasında  yaşayış minimumuna uyğun deyil, məhz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilməlidir.

   Hesab edirəm ki, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nigah bağlanarkən paralel olaraq “nikah müqavilələri” bağlanmalıdır. Nigah müqavilələrində ər və arvadın vəzifə və öhdəlikləri, boşanma zamanı birgə nikahdan doğulan uşağın valideynlərdən kiminlə qalması, aliment məsələsi, əmlak bölgüsünün detalları, boşanmadan sonra ər və arvadın yaşayış yerinin müəyyən edilməsinin göstərilməsi adi səbəblərdən boşanmaların qarşısını almaqla, tərəflərin bir-birinə qarşılıqlı münasibətin qorunmasına şərait yaradaraq və “qələbəyə” yüklənmiş boşanma meylini azaldacaq. Nigah müqavilələri ailələrin dağılmasının qarşısını almağa effektli bir hüquq norması kimi uşaqların bütöv ailədə tərbiyə almasına imkanı artırmış olacaqdır.

Dadaşov Vüqar Piri oğlu

Bənzər xəbərlər