18 : 03 12 dekabr
   
Kriminal

Əməliyyatda ölən modelin cinayət işinə xitam verildi

2017-10-09 14:03 Baxılıb:   24

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib.

Bu barədə APA-ya məlumat verən vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib.

İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib.

Vəkil bildirib ki, L. Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.

Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran" klinikasında iranlı həkim Sirus Qocxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L. Oruclu ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.

Bənzər xəbərlər