17 : 51 12 dekabr
   
Kriminal

Arvadını güllələdi, xəstəxanaya aparanda maşını aşırdı - YENİLƏNİB

2017-10-10 17:00 Baxılıb:   29

Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.   Milletinsesi.az-ın "Report”a istinadən xəbərinə görə, H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi "Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.



***
10:54

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.    Milletinsesi.az-ın "Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.   Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.   Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.   Fakt üzrə araşdırmalar davam etdirilir.

Bənzər xəbərlər