13 : 15 18 oktyabr
   
İdman

Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilir

2017-10-11 13:23 Baxılıb:   8

ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib.

Milletinsesi.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib.

“Rusiya “Hizbllah” təşkilatına müasir silahlarla dəstək verərək onun nüfuzunu və gücünü artırır. Nəticədə, İsrail kimi müttəfiqlərimizə və regionun bütün günahsız vətəndaşlarına zərər verir”, - Boyl qeyd edib.

Sənəddə Rusiyaya qarşı məhz hansı məhdudiyyətlərin təklif edildiyi göstərilməyib.

Bənzər xəbərlər