17 : 56 12 dekabr
   
İdman

“Barselona”nın yeni hədəfi bəlli oldu: 100 milyonluq transfer gəlir

2017-10-11 14:02 Baxılıb:   22

İspaniyanın “Barselona” klubu yeni transfer hədəfini müəyyənləşdirib.

Milletinsesi.az xəbər verir ki, katalonlar "Atletiko" klubunun ulduzu Antonio Qrizmanı heyətinə qatmaq istəyir.

J.Neymarın “PSJ”-yə transferinə əngəl ola bilməyən klub A.Qrizmanın transfer müqaviləsindəki sərbəst qalma maddəsindən istifadə edəcək. “Barselona” həmin maddəyə əsaslanaraq, 100 milyon avro ödəyəcək və fransalı ulduzun transferini gerçəkləşdirəcək.

Qeyd edək ki, 80 milyon avro qiyməti olan ulduzun yayda "Mançester Yunayted"ə transferi gündəmdə idi.

Bənzər xəbərlər