17 : 49 12 dekabr
   
Aktual

Universitet təkzib etdi: bıçaqlanan müəllim...

2017-10-12 15:40 Baxılıb:   12

Gəncədə baş verən bıçaqlanma hadisəsinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Azərbaycan Dövlət Aqrar Universitetindən Milletinsesi.az-a daxil olan məlumatda bildirilir. Qurumun mətbuat xidməti ADAU-da Sənan adlı müəllimin işləmədiyini və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Gəncədə Sənan adlı müəllimin bıçaqlandığı barədə Report məlumat yaymışdı. Sənan adlı müəllimin Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı və öz kabinetində bıçaqlandığı bildirilirdi.

Bənzər xəbərlər