18 : 06 12 dekabr
   
Aktual

Azərbaycanda tələbə oğlan mesaj yazıb özünü öldürdü - TƏFƏRRÜAT

2017-10-12 16:16 Baxılıb:   17

Dünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş. 

Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Bundan sonra o, atasına mesaj olaraq  "Ata mən getdim" sözlərini yazıb. Daha sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər xəbərlər