21 : 36 21 noyabr
   
Şou-Biznes

Hansı aparıcı "V element"dən getdi?

2017-10-17 14:18 Baxılıb:   26

ATV-də yayımlanan “V element” verilişi yenidən efirə qayıdır.

Milletinsesi.az-ın məlumatına görə, proqramın dörd aparıcısından biri dəyişib. Bu haqda Hüsniyə Məhərrəmova İnstaqramda yazıb. O bildirib ki, üçüncü mövsümə fərqli başlayırlar:

“Dalaşa-dalaşa, qırışa-qırışa, küsə-küsə, barışa-barışa, gülüşə-gülüşə gəlib üçüncü mövsümə çıxdıq. Özü də yeni elementlə. Bir üzvümüz dəyişib. Kim? Deməyəcəm”.

Qeyd edək ki, ötən il proqrama qatılan Fariz İlyasovun verilişdən getmə xəbəri yayılmışdı. 

Fariz verilişdə Amerikaya köçən aparıcı Rüfət Ağayevin yerinə gəlmişdi.

Bənzər xəbərlər