21 : 42 21 noyabr
   
Aktual

50 min insanın ölümünə səbəb olan liderə heykəl qoydular

2017-10-17 14:30 Baxılıb:   25

Ukraynanın qərbində yerləşən Vinnitsa şəhərində minlərlə yəhudin qətlə yetirən milliyyətçi Simon Petlyuraya heykəl ucaldılıb.

Milletinsesi.az xəbər verir ki, heykəl S.Petlyuranın 1917-1921-ci illərdə liderliyini etdiyi Ukrayna Xalq Cümhuriyyətinin Poçt və Teleqraf Nazirliyinin binası önündə qoyulub.

O, heykəldə bir skamyada oturub Ukrayna xəritəsinə baxarkən təsvir edilib.

Açılışın Ukrayna Prezidenti Pyotr Poroşenkonun 2014-cü ildə ilan etdiyi “Ukraynanın Qoruyucusu” bayramı günü olması xüsusi diqqət çəkib.

Vinnitsa bölgəsi sakinləri S.Petlyuranın ölkəsini canından atrıq sevən və xalqına qarşı dürüst olmağa çalışan bir adam kimi tanıyır.

Qeyd edək ki, Simon Petlyura Ukrayna Xalq Cünhuriyyətinə rəhbərliki edən zaman 35-50 min arası yəhudi işgəncə düşərgələrində öldürülüb.

Petlyura isə 1926-cı ildə Parisdə, Ukraynada anadan olan yəhudi əsilli Şolom Şvartzbard tərəfindən öldürülmüşdü. Fransa məhkəməsi ailəsindən 15 nəfərin öldürülməsinin təsirində qalması səbəbilə Şolomu cəzadan azad etmişdi.

Bənzər xəbərlər