21 : 36 21 noyabr
   
Aktual

İraq ordusu Mosula doğru: peşmərgə ilə şiddətli döyüş

2017-10-18 10:10 Baxılıb:   15

İraq ordusu və Haşdi-Şabi qüvvələri Mosul su anbarını peşmərgədən azad edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Səhər saatlarında su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 nəfər peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, Mosulda yerləşən su anbarı daha əvvəl İŞİD-in nəzarətində olmuş, terrorçular hakimiyyəti anbarı partlatmaqla hədələmişdilər.

Bənzər xəbərlər