21 : 40 21 noyabr
   
Şou-Biznes

“Maşın” onun üçün ƏLDƏN GETDİ

2017-10-18 10:20 Baxılıb:   12

Dünən gecə “Maşın” realiti şousunun növbəti buraxılışı keçirilib.

Milletinsesi.az xəbər verir ki, səsverməyə qalan şəxs aparıcı Vüsalə Əlizadə olub. O, ilkin olaraq hədəfini açıqlamayıb. İştirakçıların böyük bir qismi Vüsaləyə dəstək olaraq, ona “qalsın”a, meyxanaçı Vüqar Əbdülov isə Vüsalənin hədəfi olduğunu deyərək, ona “getsin”ə səs istəyib.

Vüsalə tamaşaçılara müraciət edərək, özünə səs istəyib:

“Mən hər kəsdən səs istəyirəm. Qızımın yanına əliboş getmək istəmirəm. Xahiş edirəm dəstəyinizi əsirgəməyin”.

Şounun sonunda V.Əlizadə “qalsın”a 56, 44 faiz səslə meyxanaçıya qalib gəlib.

Bənzər xəbərlər