14 : 30 17 oktyabr
   
İdman

Rəşad Sadıqov "Roma"nın düşərgəsində

92862
2017-12-12 16:06 Baxılıb:   50

Qarabağ”ın futbolçusu Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.

Milletinsesi.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə Ağdam təmsilçisinin kapitanının özü məlumat verib.

O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.

Bənzər xəbərlər