02 : 49 22 aprel
   
Aktual

"Çox tərbiyəsiz qadındır" - daha iki məşhur arasında qalmaqal

2017-12-12 16:33 Baxılıb:   21

Modelyer Nur Yerlitaşın şəhidlər haqqında qalmaqallı sözlərindən sonra verdiyi açıqlama gündəmi daha da alovlandırıb.

Milletinsesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnstaqramda canlı yayımda “şəhidlər, məhidlər, mənə nə” dedikdən sonra şou aləminin nümayəndələrinin sərt reaksiyası ilə qarşılaşan Nur daha sonra mətbuat konfransı keçirmişdi.

Lakin modelyer “Dostumu, düşmənimi tanıdım” sözləri ilə yenidən qalmaqala səbəb olub. Aparıcı-müğənni Seren Serengil “Duymayan kalmasın” verilişində Nur Yerlitaş haqqında bunları deyib:

“O, heç kimin dostu deyil. Hamının üzünə gülüb, arxasınca danışır. Çox tərbiyəsiz qadındır. Hələ də tərbiyəsizliyinə davam edir”.

Bənzər xəbərlər