10 : 37 24 sentyabr
   
Aktual

Qənirə Paşayeva Yaponiyanın fəal qadınları ilə Qarabağdan danışdı

2018-01-04 15:58 Baxılıb:   133

Millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın fəal ictimai qadınları, təşkilat və QHT rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.

Görüş zamanı Qənirə Paşayeva Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, xüsusən də parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinin məmnuniyyətverici olduğunu vurğulamışdır.

Millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayeva ölkəmizin hal-hazırki iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, Respublikamızda kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafına yüksək önəm verildiyi, Azərbaycanda qadınların cəmiyyətdə geniş rolu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətlərdə gördüyü işlər haqqında geniş məlumat vermişdir.

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Q. Paşayeva görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlar vermiş, Azərbaycanın ədalətli mövqeyini onların diqqətinə çatdırmışdır. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Yaponiya fəal ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Q.Paşayeva onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr, materiallar təqdim edərək onları Azərbaycanda hər zaman görəcəyimizdən məmun olacağımızı deyib.

Görüşlər zamanı Yaponiyanın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri Azərbaycanla dost münasibətlərin inkişafından məmnun olduqlarını bildirərək bu əməkdaşlığın inkişafına töhfə verməkdən hər zaman məmnun olacaqlarını bildiriblər.

Bənzər xəbərlər