00 : 20 16 avqust
   
Siyasət

BAXCP sədri Özbəkistan səfirinə başsağlığı verdi

2018-01-19 15:00 Baxılıb:   55

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevə başsağlığı verib.

Milletinsesi.az müraciətin mətnini təqdim edir:

“Hörmətli cənab Səfir,
Qazaxıstanda içərisində Özbəkistan vətəndaşlarının olduğu avtobusun yanması nəticəsində çoxsaylı insan tələfatının olması məni dərindən kədərləndirdi. Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Özbəkistan Respublikasının vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

 

Bənzər xəbərlər