10 : 35 24 sentyabr
   
Ekskluziv

RƏSULZADƏNİN BÜSTÜ, ÖLÜLƏR PANTEONU VƏ MİLLİ ŞURA koMANQASI

fb718e4ff90b
2018-01-31 17:21 Baxılıb:   206

 

LÜTFƏN, RƏSULZADƏ SEVGİSİYLƏ SİYASİ PODİUMA ÇIXMAYIN, EY SİYASİ PARTİYA RƏHBƏRLƏRİ VƏ İCTİMAİ FƏALLAR. İNCİMƏYİN, SİZLƏR ÖLÜLƏR PANTEONUNUN SAKİNLƏRİSİNİZ.ÖZÜNÜZDƏN UTANMAYACAQ DƏRƏCƏDƏ BÖYÜK OLUN. Nöşününü Siz Biganələrə, Siz Unutqanlara ərz edəcəyim modern nağılda deyəcəm....
Biri var idi, biri yox idi. Paytaxt Bakının göbəyindəcə "Ulduz " metrostansiyasının yaxınlığında bir zavod var idi. Adına "ŞİNZAVOD" deyərdilər və elə indi də belə deyilir....Yox, belə getsə başınız ağrımasın, başağrısı olacaq, qoy kəsəsi deyim. Bu gün feysbuk qəhrəmanlarının demək olar ki, hamısı başda siyasi partiya yetkililəri olmaq şərtilə Cümhuriyyətimizin qurucularından olan RƏSULZADƏNİN DOĞUM GÜNÜNÜ qutlamaqla "qoy görən desin yarı var" davranışı sərgiləməkdədilər. Siyasi podiumda incə bellərini oynadan siyasi və ədəbi modelyerlər xalq hərəkatı başlayan zaman "it hürən, yoxsa işıq gələn tərəfə gedək" deyə vurnuxmaqdaykən həmin bu ŞİN ZAVODUNUN DİREKTORU FELMAR ƏLƏKBƏRLİ Cümhuriyyətimizin Qurucusuna elə rəhbərlik etdiyi müəssisənin həyətindəcə abidə ucaltdı - AZƏRBAYCANDA RƏSULZADƏYƏ UCALDILAN İLK ABİDƏ....İndi də o abidə baxımsız bir vəziyyətdədir. Mən o abidəni tanıyandan ta bu günədək o abidənin nazını çəkənlər sırasında BAŞDA TÜRK DÜNYASININ BÖYÜK FİKİR ADAMI OLAN SABİR RÜSTƏMXANLI OLMAQ ŞƏRTİLƏ VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ ÜZVLƏRİNDƏN BAŞQA HEÇ KİMİ GÖRMƏDİM. MƏHZ SABİR RÜSTƏMXANLI NEÇƏ İLLƏR BUNDAN ÖNCƏ VURĞULAMIŞDI Kİ, "MƏN ÇOX İSTƏYİRƏM Kİ, RƏSULZADƏNİN BÜSTÜNÜN ZİYARƏT EDİLMƏSİ CƏMİYYƏTİMİZDƏ BİRLƏŞDİRİCİ AMİL OLSUN". KİM SƏS VERDİ SABİR BƏYİN ÇAĞIRIŞINA?...HEÇ KİM!!!! YERDƏ QALAN HEÇ BİR SİYASİ QURUM RƏHBƏRİNİ, HEÇ BİR İCTİMAİ FƏALINI bu büstü ziyarət edən, qarşısına gül-çiçək qoyan GÖRMƏDİM. Ancaq bu biganəliyin fonunda yenə də o abidənin qeydinə qalan FELMAR BƏY ƏLƏKBƏRLİ OLMAQLA onun digər partiyadaşları olub. Elə RƏİS RƏSULZADƏNİN ÖZÜNÜ DƏ BU ABİDƏYƏ MÜNASİBƏTDƏ SAYĞISIZ GÖRDÜM.....
Qaldı ki, Cəmil Həsənlinin "MİLLİ ŞURA" adlı koMANQSIına, onların da başı deyəsən MƏHSUL YIĞIMINA QARIŞIB. Özlərini elə göstərirlər ki, guya Rəsulzadənin adı gələndə bunların dilləri ağızlarında tir-tir əsir. Hanı bə? Nədən bu bəylər və xanımlar Rəsulzadə adına ilk olaraq yapılan büstü görməzliyə vurur, onu hakim elitanın nümayəndələrindən də artıq ucuz tuturlar.

 

 

 

Bənzər xəbərlər