20 : 42 21 sentyabr
   
Gündəm

Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldular

2018-02-15 16:14 Baxılıb:   38

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Telemexanika” və "Araz” zavodlarında olublar.     Nazirliyin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, tanışlıq xarakterli tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib.   Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib.   Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirilib və istehsal prosesi yaxından izlənilib.   Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Bənzər xəbərlər