20 : 45 21 sentyabr
   
Gündəm

Sürüşmə zonasında 4 milyona torpaq sahəsi satılır

bayil-surusme
2018-02-16 15:50 Baxılıb:   26

Geoloqların tikintinin birdəfəlik dayandırmağı məsləhət gördüyü ərazidə torpaq sahələri satışa çıxarılıb.

Milletinsesi.az xəbər verir ki, hazırda ən aktiv sürüşmə zonası olan Bayılda satışa çıxarılan ən yüksək qiymətli əmlak 4 milyon manatadır. Qəsəbədə satışa çıxarılan 48 sot özəl torpaq sahəsində bina, klinika, ofis, otel və s. obyektlərin tikintisi üçün çıxarış olduğu da qeyd edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Qaynarinfo-ya müsahibəsində hazırda ən aktiv sürüşmə zonası olan Bayıl qəsəbəsində tikinti aparmağın birdəfəlik qadağan olunduğunu bildirib.

Ə.Qaralov bildirib ki, Bayılı bundan artıq yükləmək olmaz. Bura sürüşməyə meyilli, təhlükəli ərazidir:

“Orada tikinti işlərinin aparılması birmənalı qadağan olunmalıdır. Hazırda çatlar çox böyükdür, bu səbəbdən də ölçü aparmaq qorxuludur”.

Bu ciddi xəbərdarlığa və Bayıl qəsəbəsindəki təhlükəli vəziyyətə baxmayaraq, elan, torpaq alğı-satqı saytlarında Səbail rayonu, Bayıl qəsəbəsində tikili, yarımtikili və boş torpaq sahələri satılmaqdadır.

 

Bənzər xəbərlər