20 : 44 21 sentyabr
   
Kriminal

DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

a2ba030447845d3b08a68e12f47f32df
2018-02-17 12:23 Baxılıb:   79

Daxili İşlər Nazirliyi dünən Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

 

 

Milletinsesi.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota” , Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Nərimanov RPİ tərəfindən araşdırma aparılır

Bənzər xəbərlər