14 : 22 11 dekabr
   
İdman

"Neftçi" "Sumqayıt"a uduzur - Yenilənir

2018-02-17 18:02 Baxılıb:   43

Bu gün Topaz Premyer Liqada 16-cı tura start verilib.

Milletinsesi.az
Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilir.

Turun mərkəzi matçı Qəbələdə olub. Burada yerli komanda "Zirə"ni qəbul edib. Roman Qriqorçukun komandası hesabda geridə olsa da, ikinci hissədə əzmkar oyun sayəsinə qalib gəlib və ikinci pillədəki mövqeyini möhkəmlədib. 


Günü digər oyununda isə "Sumqayıt" "Neftçi"ni qəbul edir. Bu rəqiblər  turnir cədvəlində yanaşı qərarlaşıb. 4-cü pillədə olan "Sumqayıt"a mövqeyini qorumaq üçün heç-heçə də sərf edir. "Neftçi" isə yalnız qələbə sayəsində 5-ci pillədən yaxa qurtara bilər.



17 fevral (şənbə)


18:30. “Sumqayıt” – “Neftçi” - 2:0 (Birinci hissə)
Qol: 
Tural Axundov, 13-pen., Amil Yunanov, 17
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov 
Sumqayıt. Şəhər stadionu

15:00. “Qəbələ” – “Zirə” - 2:1 
Qol: 
Aleksandr Dedov, 39, (0:1), Stiven Monroz, 56 (1:1), Baqali Dabo, 64 (2:1)
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

18 fevral (bazar)

15:00. “Kəpəz” – “Keşlə”
Hakimlər
: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
Gəncə. Şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”
Hakimlər
: Elvin Əsgərov, Elman Musayev, Nahid  Əliyev, Əliyar Ağayev 
"Bayıl Arena"

N Klublar O Q H M T-F X 1 Qarabağ 15 12 2 1 25-6 38 2 Qəbələ 16 11 2 3 30-15 35 3 Zirə 16 9 4 3 25-14 31 4 Sumqayıt 15 6 3 6 18-18 21 5 Neftçi 15 6 1 8 18-16 19 6 Səbail 15 4 2 9 10:22 14 7 Keşlə 15 3 2 10 10:25 9 8 Kəpəz 15 2 1 12 10:30 7


Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 10 qol 
Mahir Mədətov ("Qarabağ") - 6 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol

Bənzər xəbərlər