13 : 41 19 iyul
   
Köşə yazarları

HANI BU QANIN YİYƏSİ?!

 

fb718e4ff90b
2018-02-24 21:02 Baxılıb:   110

 

İGİD TEYMURLU

 

XOCALIDA RUHLARIN YOLUNAN SAÇLARI

 

“Qaldıq əlində bir sürü ərbabi-vəhşətin; Olduq əsiri pənceyi-qəhrü müsibətin...” .

 

Beyt  Məhəmməd Hadidəndir. Xocalı harayı ilə yazdığım yazıların 2000-ci  ildən ta bu günədək (ondan qabaq bir az başqa formatda olub) demək olar ki, giriş hissələri eyni olaraq qalmaqdadır.  Böyük şairimiz Məhəmməd Hadidən sitat  gətirdiyim beytdə rus və erməni birləşmələri tərəfindən məruz qaldığımız soyqırım və buna paralel olaraq günümüzün yaşantıları öz əksini tapmaqdadır. Ötən əsrin əvvəlində də belə olub, əsrin sonunda da. Bir zamanlar  ümidlə yolunu gözlədiyimiz  təzə minilliyin belini də öz ağır dərdlərimizlə bükdük. İndi də bir çarəsizikdə  qartımış dərdlərimizlə baş-başayıq.  Dərdi  bu dünyanın özü boyda olan məmləkət  əhli biganələr ordusunun əlində əməlli-başlı girinc qalıb.

Bu gün Azərbaycanda sanki qiyamət səhnələşdirilib: hərə öz hayındadır, qaçan da, qovan da Allaha sığınır. İtirilmiş torpaqlarımızı bizə unutdurmaq üçün bütün formatlar ortalığa qoyulub.

Ona görə ağı deməyim də elə o  zaman 2000-ci ilin lik ayında köşə  yazılarımın birində yazdığım formatdadır: “xoş gəldin, yeni minilliyim, qarşıla bizlərin timsalında sevgili məmləkətimizin nanəcib vətəndaşlarını!!!”...

O andan düz 18 il, bizə görə bəşər tarixində analoqu olmayan XOCALI SOYQIRIMInın üstündənsə  artıq 26 il keçəndən sonra

 

MƏLUM OLDU Kİ.....

 

Qaçqınkom Əli Həsənovun təbirincə desək, “erməni xalqı bizim düşmənimiz deyil”!!!!!!

Yaxud, muzıkant  səfirimiz Polad Bülbüloğlunun təbirincə desək, “biz yetişən nəsli ermənilərə nifrət ruhunda böyütməməliyik”!!!!!!  

Sən demə rus və erməni birləşmələri tərəfindən Qaradağlıda və Xocalıda başımıza gətirilən soyqırımına görə fərd olaraq hər bir kəs öz cavabdehlik hissindən irəli gələn addımları bu formatda atmalıymış!!!!!...

Ötən zaman kəsiyində

 

DƏYİŞƏN NƏ OLUB?....

  

“Ümummilli dərdimiz”ə münasibətdə toplumsal mövqeni ortalığa qoya bilmişikmi?

“Qisasımızı alacaq sabahımız”ın  bizə qarşı törədilən bəşəri cinayətdən,  bu soyqırımları, bu cinayətləri gerçəkləşdirən terror şəbəkəsinin dağıdıcı fəaliyyətindən  doğru-dürüst  məlumatı varmı?...

Düzdür, həm dövlət, həm də Heydər Əliyev Fondu Xocalı Soyqırımının dünya ictimaiyyətinə daha geniş  şəkildə çatdırılması istiqamətində xeyli  iş görüb. Bütün mümkün vasitələrdən istifadə etməklə bu istiqamətdə görülən işlər alqışlanasıdır. Ancaq dərd orasındadır ki, biz bu soyqırımın dünyaya çatdırılması istiqamətində çabalar etməkdəykən yetişən nəslin, “”qisasımızı alacaq gəncliyin “ bizdən olmayanlar  tək davranmalarının da fərqinə varmamışıq. “26 fevralda nə olub?” sualını “qisasımızı alacaq gəncliyin “Füzuli işğal olunub” kimi cavablandırması əlavə izahata şərhin olmamasından xəbər verir. Və bu nəsli yetişdirən də  bizlərik, utanmaq da bizə düşür, o gəncliyə yox!...

 ”Sivil dünya”nın belə məsələlərə yanaşmasındakı  nadanlığı, ikibaşlı oyunu da göz önündədir. Belə olan halda “yetişən gənclik bizi soyqırıma, deportasiya  məruz qoyanlardan qisasımızı ala biləcək ruhda tərbiyə olunmalıdır” istəyimizə quş qoyan qaçqın, köçkün məmurlarımızın “veto” qoymaları da içimizdə kök salan gizli şəbəkənin mövcudluğundan xəbər verir....

 

XORENİN  BƏXŞİŞİ  VƏ BAKININ GÖBƏYİNDƏ İNANILMAZ GECƏ KEFLƏRİ

 

Çalıb-oxumaq bu millətin ən böyük sevgisi, ən böyük problemi olub – HEÇ ELƏ BİL “itkin düşmüş 3867 nəfər” bu millətin övladı deyil!!!!

HEÇ ELƏ BİL qız-gəlini erməni əsirliyində qalan bu millət deyil!!!!

HEÇ ELƏ BİL  25 faiz torpağı işğal olunan bu millət deyil!!!

HEÇ ELƏ BİL  param-parça edilərək qardaşı bacıya, bacını qardaşa yadlaşdırılan 50 milyonu adlayan bu millət deyil!!!

HEÇ ELƏ BİL problemli kredit ucbatından evini-eşiyini satan, bir loxma çörəyə möhtac qalan bu millət deyil!!!!!

HEÇ ELƏ BİL hər doğulan yeddi uşaqdan biri AUTİST olan məmləkətin sahibi bu millət deyil!!!

FƏRQİNDƏSİNİZMİ?...Xocalıda doğulub, Xocalıda böyüyən erməni uşaqlarla birgə əməllərinə rəğmən “Səkinəyeva, Züleyxayeva” soyadıyla çağırılası bütün Azərbaycan kişisinin böyütdüyü və Xocalını heç tanımayan, Bakının göbəyində “inanılmaz gecə keyfləri” görən həmin uşaqların tay-tuşlarının da artıq 26 yaşı var. Həmin 26 yaşlı erməninin atası, anası Livandan, Suriyadan qaça-qaça gəlib Xocalını rusların köməyilə işğal edərək orada yurd saldı. Bizimkilərsə heç olmasa Xocalıya yaxın olan ərazilərimizdə də deyil, birbaşa paytaxta gəldilər. ERMƏNİLƏR 26 yaşlı övladlarına Azərbaycanda vətən bəxş etdilər, bizim qaçıb gələnlər də indiki 26 yaşlı övladlarının “inanılmaz gecə keyfləri”ni təmin etdilər!!!

Və həmin 26 yaşlı uşaqların atalarının, analarının, qohumlarının, onları qoynunda bəsləyən cəmiyyətin istəkləri, arzuları, TƏLƏBLƏRİ  də “yeniləşib”. İNDİ O UŞAQLARIN BÖYÜKLƏRİNİ  “ÇÖRƏK PULU”, “İŞIQ PULU”, “QAZ PULU”, “SU PULU”, tələbə övladının pullu TƏHSİL SİSTEMİNDƏKİ ÖDƏNİŞ PULU, “vaxtında və qədərində verilməyən” QAÇQIN PULU, KÖÇKÜN PULU, VETERAN  PULU, ƏLİL PULU, ŞƏHİD PULU , “MİLLİ QƏHRƏMAN” ADI, tikilən EVLƏR, verilən TORPAQLAR, hədiyyə olunan MAŞINLAR, qərəz, BÜTÜN NÖV YARDIMLARdan maksimum səviyyədə yararlanmaq istəyi DÜŞÜNDÜRÜR. Goruna  ....Xorenin 26 yaşlı övladını və bu haramzadalara dayaq duranlarısa nəyin bahasına olursa-olsun işğal etdikləri torpağı qaytarmamaq düşündürür...

 

DÜŞÜNDÜNÜZMÜ BÜTÜN BUNLARI?!...

 

DÜŞÜNDÜNÜZSƏ , onda papağınızı bir az da dik tutun, günümüzün Xudayar  bəyləri!!!!

 

HEÇ UTANMADIQ, USANMADIQ  AYIBIMIZDAN!!!!!

 

İlin bir günündə Xocalı haqqında danışmaqla hansısa vətən sevgisini yeni nəslə aşılamaqdan danışmaq sadəcə olaraq, insanların özü-özlərini  illüziya qurbanına çevirmələrindən başqa bir çey deyil. Biz Dərdlərimizdən özümüzə allI-güllü don biçirik, özü də “razrez”i lap yuxarıdan olanından. Heç utanmadıq, heç usanmadıq  ayıbımızdan...

 

ƏLƏBAXIMLILIQ  VƏ  ƏKİLƏN  NİFRƏT TOXUMU...

 

vətən haqqında düşünən kəs sadalanan və sadalanmayan BÜTÜN  GÜZƏŞT VƏ İMTİYAZLARDAN  ELƏ  BİRİNCİ  İLDƏN İMTİNA ETMƏLİ İDİ. Belə olan halda harınlamış məmur təbəqəsi də onların adından istifadə edə bilməz və böyüyən uşaqların içindən keçən sızıltı onları dədə-baba yurduna səsləyərdi. ÖZÜMÜZÜ ALDATMAYAQ. Bu gün qaçqınlara, məcburi köçkünlərə, veteranlara, əlillərə, Şəhidlərə  verilən statuslar, güzəşt və imtiyazlar bir tərəfdən başda bir milyonluq ordu olmaq şərtilə bütöv cəmiyyəti ələbaxımlılığa öyrədirsə, digər bir tərəfdən də başqa kateqoriyadan olan insanımızla o kəslər arasında dolayı yolla nifrət toxumu əkir.

 

SUAL OLUNUR

necə olur, “dərdlərimiz ümummilli olur”, ancaq insanımıza yanaşmada, statusların, ordenlərin, medalların paylanılmasında  ortaya fərqli mövqelər qoyulur?

 Nə vaxta qədər bu statuslarla dövlət büdcəsi talan ediləcək? Adam xəz-dəri dükanı işlədə-işlədə, adam dövlət aparatında, məhkəmə, bank sistemində  işləyə-işləyə, deputat ola-ola üstəlik “çörək pulu” alır, bütün növ kommunal ödənişlərinə görə imtiyazlardan istifadə edir. Artıq yer, yurd istəyini sadalanan bu amillər çoxdan üstələyib.  ƏCƏBA, bunu eşidən, görən  imkansız, kimsəsiz uşaqda sən necə vətən sevgisi aşılaya bilərsən!?

Və.....və,....  nöqtələr...

Və bu üç nöqtələrdən sonra  “hanı sənin ötən illər ərzində UMUDLU,  QARADAĞLI,  XOCALI  SOYQIRIMIyla  bağlı dərc etdirdiyin kitablar?” demək istəyim  artıq bir şeydir. Baxmayaraq ki, ermənilər  1915-ci il olaylarıyla bağlı bizdən fərqli olaraq ötən yüz ildə qondarma soyqırımla bağlı dünyanın ən aparıcı dillərində yüz mindən artıq kitab buraxıblar....

 

XOCALI SOYQIRIMINI TÖRƏDƏN

 366-cı motoatıcı RUS DİVİZİYASInın vəhşiliyini guya ki, “görən, dərk edən” və həm də qaçqın olan Aqil Abbas “türk rusdan üzr istəməlidir, millət soğan əkməlidir”  söyləyir,  Hadısı  Bıdısının altı yox, qapağı yox qazanını, qulpu yox çömçəsini güvənc yeri kimi göstərir, özlərisə problemli kreditor millətdən fərqli olaraq güman ki, yağ-bal içində üzürlər! Və zatən böylədir!!!

DƏHŞƏTƏ  BAX!!! Sən acdan, haqqı tapdalanandan, işsizdən necə “vətənsevər” formalaşdıracaqsan!?

Boğazdan yuxarı danışmaq lazım deyil, bəli, qansızların anasını ağladan böyük ÇİNGİZ  XANIMIZ  TAM  DÜZGÜN  SÖYLƏMİŞ  Kİ, əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir....

Bu  günün güvənc yeri, bu günün əsgəri elə  millətin özüdür və bu savaşdan bizləri üzüağ çıxaracaq yeganə qüvvə elə millətin özü olacaq - ətrafımızda hürüşən itlər öz yallarının hayındadır, öz yallarının.  Belə bir anda millətin mədəsi doldurulmalıdır ki, adam arxada qalanından arxayın olsun, adam döyüşən oğlanların haqqının heç bir halda tapdalanmamasının şahidi olsun ki, içində də yurd sevgisi baş qaldırsın!  

 

TARİXİ YARA VƏ UNUTQANLIĞIN YARATDIĞI TARİX

 

Millətin mənəviyyatının para hesabına zorlanması həm “daxili resurslar”, həm də xarici rıçaqlar vasitəsilə həyata keçirilir. Şübhəsiz  ki, daxili resursların özü də xarici rıçaqların uzantılarıdır....

İnsanlığın  xislətinə “ən vəhşi canlı” yarlığını “bəxş” edən qorxunc üsullarla  715 NƏFƏR XOCALI SAKİNİnin QƏTLə yetirilməsi, 467 NƏFƏRin ƏLİL olması, 1275 NƏFƏRİN GİROV götürülməsi, 60-DAN ARTIQ UŞAĞIN analarının gözləri qarşısındaca param-parça edilməsi, 8 AİLƏNİN BÜSBÜTÜN MƏHV edilməsi, atanın gözü qarşısında qızının zorlanması, hamilə qadının qarnını yırtıb cocuğuyla futbol oynamaq XOCALI SOYQIRIMI zamanı rus və erməni birləşmələrinin sinəmizə vurduğu TARİXİ  YARAdır. Bunun müqabilində unutqanlığı millətə təlqin edən sektor da TARİX YARADIR  e, tarix yaradır – unutqanlarıməzə “səkinəyeva”laşdıran tarixi!!

Görən bu unutqanlardan heç

 

SORAN OLDUMU?

 

Sormadılar. Sormadıq. Elə ona görə də bizlər hələ də nanəcib vətəndaş olmaqdan qurtula bilmirik.Çünki hələ də bir yığın suallar var ki, aidiyyatı şəxslər tərəfindən cavablandırılmayıb.

MƏSƏLƏN, bir zamanlar VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASInın sədri, keçmiş millət vəkili, xalq şairi SABİR RÜSTƏMXANLI deyirdi ki, “Ziyafət Əsgərovun Xocalı soyqırımıyla bağlı tərtib etdiyi siyahıda az qala heç erməniylə  rusun adı yoxdur!”. Bunun açmasını Rüstəmxanlıdan və Əsgərovdan soran oldumu?

YAXUD, Milli Azadlıq Hərəkatımızın Öncüllərindən olan TƏHMASİB NOVRUZOV vurğulayırdı:  “İsa Qəmbər deyirdi ki, Ayaz Mütəllibobu pis vəziyyətdə qoymaq üçün 5-6 kənd boşaldılmalıdır”. Bunun açmasını indi Siyasi Düşüncə Mərkəzi yaradan, Müsavat Partiyasının lideri İSA QƏMBƏRdən, TƏHMASİB NOVRUZOVdan, AYAZ  MÜTƏLLİBOVdan soruşan oldumu?

Hərbi prokurorumuz deyib ki, “Xocalı soyqırımıyla bağlı maddi sübutlar yoxa çıxır”. Kimdir bu “maddi sübutları yoxa çıxaranlar”, heç bunu araşdıran, tapan oldumu? Biz nəyi və hara calaq vururuq? Alınıbmı torpaq?

 

QİSASINI GÖZLƏYƏN SOYQIRIM VƏ BİGANƏLƏR ORDUSU

 

GÖRƏN bəs  bizim mətbu nümayəndələrimiz nədən susurlar? Olmaya bu maraqlar xidmətlərində dayandıqları şəbəkə maraqlarıyla üst-üstə düşmür!?Mən yanılırımsa, buyurub aydınlıq gətirsinlər. Hanı bəs sizin “hərbi rels” üzərində addımlama istəyiniz ?

GÖRƏN  nədən  o zaman Ayaz  Mütəllibov hakimiyyəti SSRİ Silahlı Qüvvələrinin 4-cü ordu hissələrinin respublika tabeçiliyinə keçirilməsinə maneçilik edirdi?  Elçibəyin adı gələndə yeddi arxa dönənlərinə od vurulurmuş kimi davranan Zərdüşt və Araz Əlizadə qardaşları bəlkə bir az da bundan danışalar....

GÖRƏN  o zaman hakimiyyətə iddialı olan AXC-nin müdafiə nazirlərinin tez-tez dəyişdirilməsində marağı nə idi ki, bu məqsədlə müxtəlif rıçaqlardan istifadə olunurdu?  Və kimlər daha çox bu təklifdə bulunurdular? Bəlkə Əli Kərimli, İsa Qəmbər, Etibar Məmmədov bir az da bundan danışalar...

GÖRƏN o zaman məhz AXC fəallarının təklifilə təyin olunan müdafiə nazirlərinin tez bir zamanda dəyişdiilməsini şərtləndirən səbəblər nə idi və sonradan AXC-dən qopan qüvvələr nədən bu məsələnin gizlinlərinin qorunub saxlanılmasında hələ də “həmrəy”dirlər? Bəkə özünü millətçi kəsim kimi təqdim edənlər bir az da bundan danışalar....

GÖRƏN o zaman Mütəllibova qarşı təşkil olunan intensiv aksiyaların əsas tərəfdarları kimlər idi və nədən bu aksiyalardakı tələblər daha çox “Primakovun iddiaları ilə üst-üstə düşürdü”?

GÖRƏN o zaman hansı səbəblər ucbatından 1991-ci ildə keçirilməli olah hərbi səfərbərlik 3 ay müddətinə yubadıldı və niyə məhz 3 ay?

GÖRƏN  o zaman  həmin yubadılmadan 17 min nəfərlik çağırışçını ordudan yayındıranlar kimlər idi və məqsəd nə idi?

GÖRƏN o zaman  24.02.1992-ci il tarixdə hansı və kiminlə olan anlaşılmazlıqlar müdafiə naziri Şahin Musayevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu?

GÖRƏN o zamankı AXC hansı maliyyənin hesabına aktiv fəaliyyət  göstərirdi?

GÖRƏN  o zaman  dövlət fondunda olan və dövlətə ayrılan pulların aqibəti necə oldu?

GÖRƏN o zamandan ta bu günədək  həmin dövrün  AXC fəalları olmuş və sonradan başqa siyasi qurumlarda təmsil olunanlar nədən o pulların taleyilə bağlı  susmaq baxımından eyni “həmrəyliyi”  nümayiş etdirmədədilər?

GÖRƏN o zaman  Fəhmin Hacıyevin “günahı” nədə olub ki, Xocalı soyqırımına görə təkcə onu tutmuşdular?           

GÖRƏN o zamandan  ta bu günədək özünü vətənin taleyini düşünən kimi göstərməyə çalışanlar heç olmasa bu suallardan bircəciyinin cavabının aydınlaşdırılması üçün səy ediblərmi?  Ediblərsə, bəs nəticə hanı?

Nə qədər ki, bu biganələr ordusu nəyinsə xatirinə  susacaq, o zamanın gerçəklərini dilə gətirməyəcəklər AZƏRBAYCANI  A-Z-Ə-R-B-A-Y-C-A-N etmək istəyən qüvvələr də bir o qədər harınlaşacaqlar.  Bütün bunlara rəğmən

 

MƏN DƏ ÖZÜM BİLƏRƏKDƏN

 

danışmıram. Bilərəkdən 1992-Cİ İLİN  25-DƏN 26-NA KEÇƏN GECƏDƏ RUS VƏ ERMƏNİ BİRLƏŞMƏLƏRİNİN BİRGƏ İŞTİRAKIYLA TÖRƏDİLƏN XOCALI SOYQIRIMINDAN ƏTRAFLI DANIŞMIRAM . Danışmıram  rusla erməninin dayəliyilə dəhşət və vəhşət döğan O GECƏnin nin şaxtasından, sazağından , soyuğundan,  don vuran ayaqlardan, əllərdən, erməni qəbri üzərində qulağı və başı kəsilən türklərdən, ana gözünün qarşısında kiçik yaşlı qız balasının bədəni üzərində sərxoş erməninin apardığı “cərrahi əməliyyat”dan, tikə-tikə doğranıb başqa bir Azərbaycan türkünə yedizdirilən “tazə can əti”ndən, taydöş qadınların ahından, naləsindən, ağlayan cocuğa kəsilmiş ana döşünün əmzik yerinə verilərək adamın tüklərini ürpəşdirən səhnədən, o cocuğun ərşə bülənd olan çığırtısından, atanın gözü qarşısında qızının zorlanmasından, içki şüşələrinin yazılası mümkün olmayan cəza növünə çevrilməsindən, Azərbaycan türkünün dağıdılmış beyin yarımkürələrilə erməninin türk qanına bulaşmış ayaqqabılarını onun yoldaşlarına yanıq verərək silməsindən danışmıram.  Xocalıda qəhrəmancasına həlak olanlardan da danışmıram. Öz qamış səltənətindən qovularaq burada imarətlərdə kef çəkənlərin görmədikləri güzərandan da danışmıram.  Torpaq deyil, birbaşa “çörək pulu” davasını edən və dövlətə qarşı sosial narazılıq formalaşdıran, vətəndaşla dövlət arasında uçurum yaradan bank sektorunun ucbatından çörəyə, evə, eşiyə möhtac qalan ata, ananı quru çörəyə möhtac etməklə hansı vətən sevgisini formalaşdırmaq olar - heç bundan da danışmıram. O zaman vurulan teleqramların cavabsız qalmasından, “Xocalıda 2 nəfər ölüb” rəsmi informasiyasından, heç Allah rəhmət eləsin Xocalı üçün canını fəda edən Ər Oğullarımızın Qəhrəmanlıqlarından, mütəllibovçu qüvvələrin indi parlamentdə təmsil olunmalarından da, “yolumuzdan dönər olsaq, namus  bizə ar olsun!” hayqıranların “şərəfsizlikləri”ndən

 

DANIŞMIRAM

Danışmıram ona görə ki, o NİGARAN RUHLARdan, o KƏSİK QOLLARdan, o KƏSİK QIÇLARdan ayıbdır. Həmin RUHLAR, həmin QOLLAR, həmin QIÇLAR indi Qarabağ səması üstündən və Şəhidlər Xiyabanından bizim nankorluğumuzu  seyr  edərək özlərini dağa-daşa vururlar.  “Qaçqınkom”un “erməni xalqı bizim düşmənimiz deyil” kəlməsindən yanıb qovrulurlar. Görəndə ki, onların bacı-qardaşları orden, medal, çörək, qaz, işıq, təhsil pulu hayndadır - cızdağları çıxır. ONLAR da Məhəmməd Hadinin Ruhuyla dərdləşərək  Onun “...ərazimiz, vətənimiz, mülkümüz mal oldu əğyarə; bütün məhrum qaldıq malü cahü şanü şövkətdən” beytiylə ağı söyləyir,  “hanı bu qanın yiyəsi?!”–deyə,  saçlarını yolurlar....MİNİMLİKlə MİNİLLİK də öz işindədir.....

Bənzər xəbərlər