21 : 37 21 iyun
   
Şou-Biznes

İspaniya mətbuatı Azərbaycanın “Avroviziya 2018” iştirakçısından yazır

2018-03-06 11:46 Baxılıb:   54

İspaniyanın "El Confidencial” nəşrində Azərbaycanı "Avroviziya-2018" müsabiqəsində "X my heart" mahnısı ilə Aysel təmsil edəcək” sərlövhəli yazı dərc edilib.   AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın müsabiqə tarixinin ən uğurlu iştirakçılarından biri olması qeyd edilir.   Bildirilir ki, Azərbaycan təmsilçiləri iştiraka etdikləri bütün müsabiqələrdə final mərhələsinə yüksəliblər, bir dəfə isə, 2011-ci ildə qalib gəliblər.   Daha sonra məqalədə, cari ilin may ayında Lissabonda keçiriləcək "Avroviziya" müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı haqqında məlumat verilir.

Bənzər xəbərlər