20 : 43 21 sentyabr
   
Ölkə içi

İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri qardaşlaşıb - FOTO

2018-03-07 17:30 Baxılıb:   51

Martın 7-də İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri arasında "Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb.   İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən imzalanma mərasimində İsrailin Azərbaycandakı səfiri Dan Stav da iştirak edib.   Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan mərkəzlə tanış olublar.   Görüşdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı rayonu, onun tarixi, milli tərkibi, müstəqillik illərindəki sürətli inkişafı, sosial-iqtisadi sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verib.   Səfir Dan Stav İsraillə Azərbaycanın strateji əməkdaşlığından danışıb, iki şəhər arasında qardaşlaşmanın qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasında əhəmiyyətini vurğulayıb.   Kiryat Bialik şəhərinin meri, nümayəndə heyətinin rəhbəri Eli Dukorski qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq sazişi insanların daha sıx qarşılıqlı əlaqələrinin qurulması, ünsiyyətin yaranması baxımından çox faydalı olacaq.   Sonra İsmayıllı və Kiryat Bialik şəhərləri arasında "Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb. Sazişi rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Kiryat Bialik şəhərinin meri Eli Dukorski imzalayıblar.   Qeyd edək ki, israilli qonaqlar səfər çərçivəsində İsmayıllı şəhərində, Lahıc qəsəbəsində, İvanovka və vaxtilə yəhudilərin yaşadıqları Mücühəftaran kəndində olub, şəhərdəki tarix-diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, velosiped istehsalı zavoduna gedib, Od çərşənbəsi bayramında iştirak ediblər. (AZƏRTAC)  

Bənzər xəbərlər