12 : 56 17 dekabr
   
Flaş

Mətbuatın bugünkü qurultayında bunlar olmalıydı, amma olmadı..

2018-03-10 20:37 Baxılıb:   219

Bu gün mətbuatı zəbt edənlərin növbəti qurultayı keçirildi. Çox maraqlı yerdəyişmələr oldu. Əsasən, senzuralı və sahibli mətbuatı zəbt edənlər irəli çəkildilər. İştirak edənlərin kimə və nəyə xidmət ediyi haqda nə isə yazıb, özümə onları düşmən etmək istəmirəm. Xüsusi vurğulamaq istəyirəm ki, iştirak edən jurnalistlərin yarıdan çoxu rəngini və əqidəsini dəyişmiş şəxslərdir..

Qurultayda üç məsələnin qabardılması vacib idi.

1.Mətbuat orqanlarının maliyyə mənbələrin tam şəffaf olması 

2.Qeyri-etik məlumatlar  yayan qəzet və internet resurslarının dərhal dayandırılması haqda qərarın qəbul edilməsi 

3.Kriminal aləmdə məhşur olan adların tirajlanmasına qadağa qoyulması 

 Çox təəssüf ki, bunlardan danışan olmadı.

 Əslində, azad sözün inkişafı üçün müstəqil mətbuatın inkişafına nail olmalıyıq. Bizdə isə "dayısı" olmayan mətbu orqanların bir-iki işçidən artıq əməkdaş saxlamağa imkanı çatmır.

 DAYILAR isə bəllidir; nazirlər, komitə sədrləri, oliqarxlar, millət vəkilləri və nisbətən kiçik məmurlardır..

 Nazirlərin saytlarının adları hər kəsə bəllidir. Sahibi bəlli olmayan saytlar haqda  deyirlər ki, prezident aparatından qeyri-leqal yolla maliyyələşdirilirlər.

 Maraqlısı odur ki, bu pullar haradan və kimin hesabından silinir? Bu məsələnin bir tərəfi.

 İkinci tərəfi isə, korrupsiyada boğulan nazirin və ya məmurun müdafiəçisi olan mətbuatçılar necə həqiqəti yaza bilər? Haram yeyən yazarın qələmi halalı necə yazır?

 Qurultayda iştirak edən jurnalistlərin yalnız 10 faizinin çalışdığı mətbuat orqanında təsadüfən məmurların haqsız əməlləri haqda məlumatlara rast gəlmək olar. Qalan 90 faiz isə məmurların dostlarıdır.

 Əziz yazarlar! Axı cənab prezident sizi özünə dost seçib, ev verdi  ki, vətəndaşı ondan narazı salan nazir, komitə sədri, icra başçısı və digər məmurlar haqda ardıcıl məlumat verəsiniz və O da vaxtında ölçü götürə bilsin. O deməyib ki, hər məmur qapısında onlarla juranilsti özünü qorumaq üçün saxlasın.

 Kim deyir ki, Prezidentin hər şeydən xəbəri olur? Əgər siz deməsəz, biz deməsək və onlar da heç vaxt deməsə prezident ölkədə vətəndaşının başına hansı oyunların açıldığını   haradan biləcək?

 Hər gün onlarla sərəncam və fərmanlar, daxili və xarici siyasətdəki tövsiyələr, qəbullar, görüşlər, telefon zənglər, yanındakı fürsətcil oliqarxları müharibəsi və s. bir insanın çatdıra biləcəyi iş deyil. Burda mətbuatın üzərinə çox böyük iş düşür, amma jurnalistlər bir qarın çörək ücbatından acizlik göstərirlər.

Demək olar ki, əsas problemləri qabardan telekanal -ANS bağlanandan sonra azad söz öldü. Ölən azad sözün üstündə növbəti bir qurultay da belə keçirildi. Nə deyək, uğurlar olsun!

 Talıb Əhədov

Bənzər xəbərlər