16 : 08 10 dekabr
   
Foto Silsilə

Köpək balığı 69 yaşlı kişiyə hücum çəkdi - VİDEO

2018-03-12 10:03 Baxılıb:   107

Avstraliyada 69 yaşlı kişi ona hücum edən köpək balığından yaxa qurtara bilib.

“Report” xəbər verir ki, bu barədə "9news.com.au" nəşri yazıb.

Hadisə Viktoriya ştatının Serf Kost Şir vilayətində baş verib. Rob Krossland dənizdə üzərkən 3,5 mertlik köpək balığının kölgəsini görüb.

"Mən əvvəlcə ətrafımda dövr edən üzgəci gördüm, daha sonra isə köpək balığı düz mənim üstümə gəldi", - deyə o bildirib.

Ondan sonra Krossland suyun dibinə üzüb və köpək balığı ona yaxınlaşdıqda burnuna vurmağa başlayıb.

"O, altı, yaxud yeddi dövrə vurdu və hər dəfə mən onu vurdum, o, gedib yenə qayıdırdı", - deyə zərərçəkən izah edib.

Köpək balığı birinci dəfə üzüb gedəndə Krossland kömək çağırıb. Zərərçəkənin sözlərinə görə, onu açıq çəhrayı rəngli şort xilas edib – köpək balığı anlayıb ki, bu suiti deyil.

Avstraliyalı hesab edir ki, belə vəziyyətlərdə köpək balığının qurbanı olmamaq üçün ondan qaçmaq lazım deyil.

Bənzər xəbərlər