14 : 22 11 dekabr
   
Ölkə içi


Azərbaycanın şimal rayonlarına 7 santimetrədək qar yağıb

2018-03-12 11:57 Baxılıb:   37

Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.   Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb.   Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb.   Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir.   Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.

Bənzər xəbərlər