21 : 37 21 iyun
   
İdman

"Qarabağ" 23 il öncəki rekordunu təkrarladı

2018-03-12 14:10 Baxılıb:   31

“Qarabağ” ardıcıl 7 oyundur evdə qol buraxmır.

Milletinsesi.az PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası sonuncu dəfə 2017-ci il sentyabrın 22-də 4:1 hesabı ilə bitən qarşılaşmada “Sumqayıt”dan qol buraxıb.

Həmin görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə”ylə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıb.

VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.

Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.

Qeyd edək ki, “Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə isə 11 görüşdür uduzmur.

Bənzər xəbərlər