14 : 19 11 dekabr
   
Əyalət

Sabah hava necə olacaq?

2018-03-12 14:22 Baxılıb:   46

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, martın 13-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 768 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 7-12, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Bənzər xəbərlər