12 : 53 17 dekabr
   
Flaş

“WhatsApp” faydalı funksiyalarından birini dəyişdi

2018-03-12 17:36 Baxılıb:   47

"WhatsApp” messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.   İKT.lent.az-ın "MSPoweruser” nəşrinə istinadən məlumatına görə, bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər.   Bundan əvvəl "WhatsApp”da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar.   İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir.   Yeni "WhatsApp” messencerinin beta versiyasını artıq yükləmək mümkündür.

Bənzər xəbərlər