21 : 39 21 iyun
   
Əyalət

Xınalıq kəndində 25 santimetr qar yağıb - FOTO

2018-03-13 11:47 Baxılıb:   36

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.   Milletinsesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.   Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb.   Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.   Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub.      

Bənzər xəbərlər