10 : 35 24 sentyabr
   
Gündəm

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş qayıqdakı balıqçılar xilas edilib - FOTO

2018-03-13 12:12 Baxılıb:   62

Bu il martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən "ŞA-274” bort nömrəli, "Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.   DSX-nın Mətbuat Mərkəzindən Milletinsesi.az-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları ötürülüb.   Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq sə­bəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.   Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.   Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edil­miş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib.  

Bənzər xəbərlər