20 : 43 21 sentyabr
   
Dünya

Çavuşoğlu: "Türkiyə NATO-nun üzvü olsa da, müstəqil dövlətdir"

2018-03-13 15:24 Baxılıb:   30

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NATO-ya üzv olmayan ölkələrdən də silah almaq hüququnun olduğunu bildirib.   APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada səfərdə olan M. Çavuşoğlu bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri ilə görüşündə danışıb.   "Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik. NATO-ya üzv olan digər dövlətlər necə üzv olmayan ölkələrdən silah almaq hüququna malikdirsə, Türkiyənin də bu hüququ var”, - deyə M. Çavuşoğlu söyləyib.   Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınması haqqında saziş imzalayıb.   Bu isə ABŞ-ın və NATO-nun narazılığına səbəb olub.

Bənzər xəbərlər