20 : 45 21 sentyabr
   
Dünya

Ərdoğanın Ardaya toy hədiyyəsi ÜZƏ ÇIXDI - Nikah mərasiminin ÖZƏL ANLARI

2018-03-13 16:44 Baxılıb:   48

"Afrin hərəkatı davam edərkən toy etmərəm” deyən türkiyəli futbolçu Arda Turanın nikah mərasiminin detalları paylaşılıb.

Turan cütlüyünün nikah şahidi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan gəlin Aslıhan Doğana 1 cüt bilərzik hədiyyə edib.

Mərasim sadə formada keçirilib. Afrin hərəkatının davam etməsi səbəbilə nikah mərasimində tort kəsilməyib və musiqi çalınmayıb.

Mərasimə bəyin qardaşı Okan Turan və yaxın qohumları, "Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ, Abdullah Avcı, Emre Belözoğlu və idman dünyasının digər məşhur simaları qatılıb.

İmzalar atılmadan öncə mərasim iştirakçıları çaya və su börəyi, zeytun yağlı dolmaya qonaq edilib.

Nikahdan sonra Arda Turan mərasimdən foto paylaşaraq "bizim üçün dua edən və təbrik edən hər kəsə təşəkkür edirik” başlığını yazıb.

Cütlüyün toyunun nə zaman keçirəcəyi hələ ki, bəlli deyil. Onların bir əyləncə gecəsi və ya toy etmək niyyətlərinin olduğu isə qətidir./Publika.az

Bənzər xəbərlər