21 : 46 21 iyun
   
Dünya

 
Azərbaycan və İran arasında 8 saziş imzalanıb - FOTO

2018-03-14 15:32 Baxılıb:   37

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası başa çatıb.   APA-nın Tehran bürosunun müxbirinin verdiyi məlumata görə, iclasın sonunda iki ölkə arasında əməkdaşlıqla bağlı 8 saziş imzalanıb.   Sənədlər neft-qaz, dəmir yolu, sənaye və səhiyyə sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur.   İclasın sonunda bildirilib ki, Azərbaycan və İran arasında əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub və bu iclasın keçirilməsini gələcəkdə iki ölkə arasında əlaqələrinin daha da inkişafı üçün yeni bir addım olduğu vurğulanıb.

Bənzər xəbərlər