17 : 52 18 iyun
   
Dünya

PKK Afrində 2 komandirini edam etdi

2018-03-14 15:44 Baxılıb:   35

PKK terror qruplaşmasının Afrinə təyin etdiyi komandirlərdən bəziləri mülki insanların arasına qarışaraq ərazini tərk etməyə çalışıb.

Milletinsesi.az xəbər verir ki, qaçmağa cəhd edən 2 PKK komandirini saxlayan Qəndil terrorçuları onları edam edib.

Məlumata görə, strateji əhəmiyyətli Kefer Cennə və Şiran bölgələrinin rəhbərləri döyüşçülərinə sona qədər müqavimət göstərmək barədə əmr verərək Afrini tərk etmək istəyib. Qəndildən göndərilən Heval Baz adlı PKK komandiri isə onları yaxalayaraq sorğu-sual edib.

Daha sonra Heval Bazın əmri ilə hər iki komandir edam edilib.

 

 

Bənzər xəbərlər