14 : 20 11 dekabr
   
Kriminal

51 yaşlı qadını əri və ögey övladları döyə-döyə öldürüb

622ac6f38a13a4b283148ed3f5defeb3
2018-03-14 16:47 Baxılıb:   40

Lənkəranda 51 yaşlı qadının müəmmalı səbəbdən ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Mahirə Vəli qızının meyitinin ilkin müayinəsi zamanı onun üzərində çox ciddi xəsarətlər aşkarlanmayıb.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün daxili orqanlardan nümunələr götürülüb.

Bildirilir ki, 51 yaşlı Mahirə Qafarova bir neçə il əvvəl Lerik rayonundan olan şəxsə ərə gedib və övladı olmayıb. M.Qafarova həmin kişinin ikinci həyat yoldaşı imiş və ailələrində vaxtaşırı söz-söhbət olurmuş.

Vəfat edən qadının yaxınları bildiriblər ki, M.Qafarovanı həyat yoldaşı və onun birinci arvadından olan övladları ölümcül döyərək, Lənkərana, ata evinə göndərib.

Qeyd edək ki, M.Qafarova xəstəxanaya gətirilərkən əvvəlcə onun yıxıldığı deyilib. Lakin sonradan onun döyüldüyü üzə çıxıb. (lent.az)

Bənzər xəbərlər