21 : 29 21 iyun
   
Dünya

Türkiyə qırıcıları YPG-yə yardım aparan karvanı vurub, 8 nəfər ölüb, 6 nəfər yaralanıb

2018-03-14 17:21 Baxılıb:   31

  Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar terrorçu PKK/YPG-PYD qruplaşmasına yardım aparan Bəşşar Əsədə yaxın qüvvələrin karvanını vurub "Report” "Haberler”ə istinadən xəbər verir ki, hadisə Afrin yaxınlığında olub.   Nəticədə 8 nəfər ölüb, 6 nəfər yaralanıb.   Məlumatda bildirilir ki, Bəşşar Əsədə yaxın silahlılar Afrin yaxınlığındakı Nubl Zahra kəndinə nəzarət edirlər.   Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Afrində terrorçulara yardım edəcək istənilən dəstəni vuracağını bildirmişdi.    

Bənzər xəbərlər