20 : 07 17 dekabr
   
Şou-Biznes

“İstanbullu gəlin” böyük UĞURA İMZA ATDI

2018-03-16 12:35 Baxılıb:   101

Baş rollarda Özcan Dəniz və Aslı Ənvərin çəkildiyi "İstanbullu gəlin” serialı dünyanın müxtəlif ölkələrində də böyük marağa səbəb olub.

Televiziya layihəsi Albaniya, Rumıniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Çernoqoriya, İsrail və Anqola ilə birlikdə ümumilikdə 15 ölkəyə satılıb. Azərbaycanda da geniş izləyici auditoriyası olan serial reytinqlərdə ilk yerdə qərarlaşıb.

Qeyd olunur ki, "İstanbullu gəlin” bu yaxınlarda Meksika, Kostarika, Argentina, Çili, Peru, Uruqvay, Braziliya və Panama da yayımlanmağa başlanacaq.

Dünyanın bir çox ölkələrindən jurnalistlər serialın əsas qəhrəmanlarından müsahibə almaq üçün Türkiyəyə gəlir. Keçən həftə isə çəkiliş meydançasına Xorvatiya, Albaniya və Bosniya və Herseqovinadan qonaqlar gəlib./Publika.az

Bənzər xəbərlər