20 : 04 17 dekabr
   
Kriminal

Azərbaycanda nişanlı gənc özünü öldürdü - BAYRAM SOVQATINA GÖRƏ

622ac6f38a13a4b283148ed3f5defeb3
2018-03-20 12:50 Baxılıb:   55

Şamaxı rayonunda gənc oğlan intihar edib.

 

APA-nın  yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.

 

Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

M. Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.  

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Bənzər xəbərlər