23 : 02 23 sentyabr
   
İdman

"Qalatasaray"ın yeni transferi Rusiyadan gələcək

2018-04-07 15:47 Baxılıb:   36

"Qalatasaray” Moskva "Lokomotiv”inin yarımmüdafiəçisi Cefferson Farfanı rənglərinə bağlamaq istəyir.

AS nəşri xəbər verir ki, 33 yaşlı perulu müddəti mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyib.

 

İddiaya görə Türkiyə nəhəngi Farfana ildə 2,5 milyon avro maaş verməyə hazırdı.Mənbə cənubi amerikalının hələ 3 il öncə "Qalatasaray”a keçməyə yaxın olduğunu da vurğulayıb.

 

 

Farfan cari mövsüm Rusiya Premyer Liqasında 8, Avroliqada isə 4 top vurub. Onun hesabında biri AL-də olmaqla, 6 qol ötürməsi var.

Bənzər xəbərlər