23 : 02 23 sentyabr
   
İdman

Qurban Qurbanov: "5 milyon istəsə, söhbət bağlanacaq"

2018-04-09 13:19 Baxılıb:   36

"PAOK "Qarabağ”ı sınağa çəkir”.

Bu sözlər Yunanıstanın "contra.gr” saytında "Qarabağ”ın məşqçisi Qurban Qurbanovun Pedro Enrike haqqında söylədiyi fikilərin yer aldığı məqalədə qeyd edilib.

Ötən gün keçirilən "Zirə” – "Qəbələ” matçını canlı izləyən baş məşqçi fasilədə jurnalistlərin suallarını cavablandırıb. Müxbirlər PAOK-un hazırda icarə əsasında "Qarabağ”da çıxış edən üzvü Pedro Enrike üçün 5 milyon avro tələb etməsi məsələsini Qurbanovdan soruşub. Baş məşqçi isə onlarda bu qədər pulun olmadığını deyib:

"5 milyonumuz yoxdur (gülür). Əlbəttə ki, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadır. Vaxtı gələndə bu barədə danışacağıq”.

Sayt da bu fikirləri "Qarabağ”ın tvitter səhifəsinə istinadən verib və PAOK-un bu mövzuda tələsmədiyini, "Qarabağ”ın reaksiyasını gözlədiyini qeyd edib:

"PAOK isə, Qarabağın əlini cibinə qoymaq istədiyini anlayır və məsələni nə qədər dərinləşdirə biləcəyinə diqqət yetirir”./publika.az

Bənzər xəbərlər