02 : 46 20 iyul
   
Siyasət

Sabah 102 min nəfər ilk dəfə səs verəcək – MSK sədri

2018-04-10 16:37 Baxılıb:   27

MSK başda olmaqla bütün seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır.

Millletinsesi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.

O qeyd edib ki, 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 315 minə yaxın seçici səs verəcək. Məntəqələrin 41-i ölkə xaricində yerləşir.

Onun sözlərinə görə, 8 nəfərin namizədliyi 6-sı siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 1 nəfər isə namizədliyini özü irəli sürüb:

“Müşahidəşilərin sayı kifayət qədər genişdir. Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək”.

M.Pənahov onu da bildirib ki, 102 mindən çox seçici ilk dəfə səs verəcək.

 

Bənzər xəbərlər