23 : 01 23 sentyabr
   
İdman

“Qarabağ”ın yeni transfer cəhdi boşa çıxdı

2018-04-11 15:00 Baxılıb:   35

“Qarabağ”ın “Mamelodi Sandaunz” klubunda çıxış edən Xama Billiatın transferini reallaşdırmaq cəhdləri uğursuzluqla nəticələnib.

 

Apasport.az saytının məlumatına görə, zimbabveli futbolçunun digər alternativləri dəyərləndirmək qərarına gəlməsi keçidin baş tutmasına mane olur.

 

Bir müddət əvvəl “Mamelodi”nin baş məşqçisi Pitso Mosimane komandanın Billiatsız oynamağa alışmalı olduğunu açıqlasa da, “Sandaunz”un, müqaviləsi iyunun 30-da başa çatacaq 27 yaşlı oyunçu ilə yoluna davam edib-etməyəcəyi barədə hələlik heç bir rəsmi məlumat yoxdu.

 

   

Cari mövsümün gedişində zədələrdən əziyyət çəkməsinə baxmayaraq, zimbabveli futbolçu 7 qol və 5 məhsuldar ötürmə ilə komandasının uğurunda böyük payı sahibidi.

 

Daha öncə xarici mətbuat “Qarabağ”ın Billiatı müqavilə müddətinin sonunda azad agent qismində heyətinə qatacağına dair xəbər yaymışdı.

 

Qeyd edək ki, Xama Billiatın şərəfini qoruduğu “Mamelodi Sandaunz” hazırda Cənubi Afrika Absa Premyer Liqasında 49 xalla liderdi.

Bənzər xəbərlər