03 : 05 24 sentyabr
   
Ölkə içi

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb

2018-04-11 15:33 Baxılıb:   43

Aprelin 11-də Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində saat təxminən 15:40-da söndürülüb.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.   Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.   Xatırladaq ki, Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş vermiş və sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçmişdi.

Bənzər xəbərlər