23 : 02 23 sentyabr
   
İdman

Serxio Ramos daha bir oyun cəzalana bilər

2018-04-12 14:52 Baxılıb:   38

Ötən gün Çempionlar Liqasının 1/4 finalında "Real" doğma divarlar arasında "Yuventus"a 1:3 hesabıyla məğlub olsa da, iki görüşün nəticəsinə görə yarımfinala yüksəldi.

 

İlk qarşılaşmada sarı vərəqə alaraq cəzalı duruma düşən Madrid klubunun müdafiəçisi Serxio Ramos oyunu tribunadan izləyib.

Lakin son dəqiqələrin daha gərgin keçdiyini görən Ramos tribunadan meydanın qırağına gəlib.

O, matçısona kimi meydanın kənarından izləyib və komanda yoldaşlarına dəstək olub.AS qəzetinin məlumatına görə, UEFA Ramosu bu addımına görə 1 oyunluq cəzalandıracaq.

Çünki cəzalı oyunçunun meydanın kənarında dayanmaq hüququ yoxdur.

Bənzər xəbərlər