14 : 01 19 aprel
   
Siyasət

İlham Əliyev mühüm görüşlər keçirdi

2018-04-12 16:13 Baxılıb:   22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milletinsesi.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.

Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb:

“Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”.

Sergey Lebedev dövlət başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzulayıb.

 

Bənzər xəbərlər